Yuxarı

​Nyu-Yorkun mərkəzində atışma nəticəsində bir nəfər ölüb

Atışma küçədə başlayıb, daha sonra silahlı naməlum şəxs metroya keçib

Bakı. 9 noyabr. REPORT.AZ/ Nyu-Yorkun mərkəzində, metro stansiyası yaxınlığında baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, ilkin məlumata görə, atışma küçədə başlayıb, daha sonra silahlı naməlum şəxs metroya keçib.

Məlumata görə, ölən və yaralanan kişilər yerli klinikaya gələn narkotik aludəçiləri olublar.

Hadisənin səbəbləri araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi