Nyu-Yorkda sürücü avtomobili insanların üzərinə sürüb, 1 ölü, 20 yaralı var

Nyu-Yorkda sürücü avtomobili insanların üzərinə sürüb, 1 ölü, 20 yaralı var Hadisənin yol qəzası, yoxsa terror aktı olması ilə bağlı araşdırma aparılır
Digər ölkələr
18 May , 2017 20:32
Nyu-Yorkda sürücü avtomobili insanların üzərinə sürüb, 1 ölü, 20 yaralı var

Bakı. 18 may. REPORT.AZ/ ABŞ-da avtomobilin yoldan çıxaraq səkiyə çırpılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.   

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Nyu-York şəhərindəki "Times meydanı"nda qeydə alınıb.

Şahidlər sürücünün avtomobili qəsdən adamların üzərinə sürdüyünü və hadisədən sonra polisin bir nəfəri həbs etdiyini bildiriblər.  

Hadisənin yol qəzası, yoxsa terror aktı olması ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi