Nyu-Yorkda meymunçiçəyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Nyu-Yorkda meymunçiçəyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib Nyu-York qubernatoru Keti Hokul meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Digər ölkələr
30 İyul , 2022 08:58
 Nyu-Yorkda meymunçiçəyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Nyu-York qubernatoru Keti Hokul meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştat administrasiyasının saytında məlumat verilib.

"Nyu-York ştatında meymunçiçəyinin yayılması ilə bağlı son məlumatları nəzərdən keçirdikdən sonra epidemiyanın qarşısını almaq üçün səylərimizi gücləndirmək üçün fövqəladə vəziyyət elan edirəm", - qubernator qeyd edib.

Hokul vurğulayıb ki, ABŞ-da meymunçiçəyinə yoluxma hallarının ¼-i Nyu-York ştatında qeydə alınır. "Mən və komandam daha çox peyvənd təmin etmək, testdən keçməni artırmaq və yoluxma zamanı təhlükəsiz qalmaq üçün ictimaiyyəti məsuliyyətlə maarifləndirmək üçün gecə-gündüz işləyirik", - o qeyd edib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzlərinin (CDC) dünənə olan məlumatına görə, Nyu-York ştatında meymunçiçəyinə 1 345 yoluxma qeydə alınıb. ABŞ-ın ən çox virusun yayıldığı ikinci ştatı olan Kaliforniyada infeksiyaya 700 yoluxma aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi