Nyu-Yorkda daha 280 nəfər koronavirusdan ölüb

Digər ölkələr
  • 03 may, 2020
  • 17:26
Nyu-Yorkda daha 280 nəfər koronavirusdan ölüb

Son bir gün ərzində ABŞ-ın Nyu-York ştatında koronavirusa daha 789 nəfər yoluxub və onlar xəstəxanalara yerləşdirilib.

“Report” RİA “Novoti”yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endrü Kuomo tərəfindən mətbuat konfransına təqdim edilmiş informasiyada bildirilib.

O, qeyd edib ki, son bir gündə ştatda koronavirusdan ölənlərin sayı 280 nəfər təşkil edib.

"Xəstəxanaya yerləşdirilənlərin ümumi sayı enir, 9 786 nəfər - yaxşı xəbərdir. Süni nəfəs aparatlarına qoşulma hallarının sayı azalır. Yeni yoluxma hallarının (bir gün ərzində xəstəxanaya yerləşdirilmiş) sayı 789-dur", - Kuomo deyib.

Kuomonun sözlərinə görə, ştatda daha 280 nəfər pandemiyanın qurbanı olub. 

Nyu-York ştatı ABŞ-da koronavirus epidemiyasının mərkəzidir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti