Nyu-York metrosunda atışmada şübhəli bilinən şəxs həbs edilib

Nyu-York metrosunda atışmada şübhəli bilinən şəxs həbs edilib Nyu-York polisi aprelin 12-də metroda atəş açmaqda şübhəli bilinən 62 yaşlı Frenk Ceymsi saxlayıb.
Digər ölkələr
13 Aprel , 2022 23:07
Nyu-York metrosunda atışmada şübhəli bilinən şəxs həbs edilib

Nyu-York polisi aprelin 12-də metroda atəş açmaqda şübhəli bilinən 62 yaşlı Frenk Ceymsi saxlayıb.

"Report" xəbər verir ki, bu barədə ABC telekanalı polisə istinadən məlumat yayıb.

Şübhəli şəxs hazırda Nyu-Yorkun mərkəzindəki Manhettenin 9-cu dairəsində həbs saxlanılır.

Qeyd edək ki, aprelin 12-də səhər saatlarında Nyu-Yorkun “36th Street” metrostansiyasında atışma baş verib. CNN yerli xəstəxanaların məlumatlarına istinadən bildirib ki, atışma nəticəsində azı 29 nəfər xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi