Hindistanın iqtidarda olan partiyası - "Bharatiya Canata Parti”nin rəsmi nümayəndəsi Nipur Şarmanın Məhəmməd Peyğəmbərin ünvanına səsləndirdiyi qalmaqallı fikirlərə qarşı Nyu-Dehli şəhərində etiraz aksiyası keçirilib.
“Report” TASS-a istinadən xəbər verir ki, cümə namazından sonra yüzlərlə müsəlman Cənubi Asiyanın ən məscidi olan Cama-Məscid yaxınlığında toplaşaraq Şarmanın fikirlərini kəskin şəkildə pisləyib və hökumətdən onun həbs edilməsini tələb ediblər.
Xatırladaq ki, Nipur Şarmanın milli televiziyada keçirilən debatlarda Məhəmməd Peyğəmbər haqqında səsləndirdiyi fikirlər müsəlmanlar tərəfindən təhqir kimi qəbul olunub.
Artıq Şarma vəzifəsindən və partiyadan uzaqlaşdırılıb.
Bildirək ki, ötən gün Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna da bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.