İran Dəməşqdəki səfirlik əməkdaşlarının təxliyəsi barədə məlumatı təkzib edib - YENİLƏNİB

İran Dəməşqdəki səfirlik əməkdaşlarının təxliyəsi barədə məlumatı təkzib edib - YENİLƏNİB İran Suriyadan öz diplomatlarının və hərbi müşavirlərini bir hissəsini təxliyə etməyə başlayıb.
Digər ölkələr
7 Dekabr , 2024 14:09
İran Dəməşqdəki səfirlik əməkdaşlarının təxliyəsi barədə məlumatı təkzib edib - YENİLƏNİB

İran Xarici İşlər Nazirliyi (XİN) Dəməşqdəki səfirlik əməkdaşlarının təxliyəsi barədə məlumatı təkzib edib.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyi məlumat yayıb.

"Bu məlumatlar həqiqətəuyğun deyil. İran səfirliyi Dəməşqdə adi rejimdə fəaliyyətini davam etdirir", - İran XİN-in nümayəndəsi İsmayıl Bəqai agentliyə bildirib.

Daha əvvəl “The New York Times” qəzeti adı açıqlanmayan İran mənbələrinə istinadən bildirmişdi ki, İran Suriyadan öz diplomatlarının və hərbi müşavirlərini bir hissəsini təxliyə etməyə başlayıb, insanların bir hissəsi təyyarələrlə Tehrana, bir hissəsi isə quru nəqliyyatı ilə Livan, İraq və Suriyanın Latakiya limanına göndərilib.

05:54

İran Suriyadan öz diplomatlarının və hərbi müşavirlərini bir hissəsini təxliyə etməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə cümə günü “The New York Times” qəzeti mənbələrə istinadən bildirib.

Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”, silahlı qüvvələrin elit hissələri) bəzi hərbçiləri artıq İraq və Livana təxliyə edilib. Dekabrın 2-də bu ölkənin XİN rəsmisi İsmail Bəqai bəyan edib ki, İran hərbi müşavirləri Suriyada qalmağa və Dəməşqə “terrorçulara qarşı mübarizədə yardım göstərməyə” davam edəcəklər.

“The New York Times”ın mənbələri həmçinin bildirir ki, bəzi İran diplomatik işçiləri və onların ailə üzvləri, eləcə də İranın adi vətəndaşları Suriyanı tərk ediblər. İnsanların bir hissəsi təyyarələrlə Tehrana, bir hissəsi isə quru nəqliyyatı ilə Livan, İraq və Suriyanın Latakiya limanına göndərilib.

Son xəbərlər

Orphus sistemi