Yuxarı

​"Nüsra cəbhəsi" terrorçuları Suriyanın Həma əyalətinə tank hücumuna keçib

Suriya ordusu hücumun qarşısını alıb

Bakı. 19 may. REPORT.AZ/ Suriyada "Nüsra cəbhəsi" terror qruplaşması üzvlərinin Həma əyalətinə tank hücumunun qarşısı alınıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən RİA "Novosti" məlumat dərc edib.

Qeyd olunur ki, yaraqlıların irəliləməsi Suriya Silahlı Qüvvələrinin bölmələri tərəfindən dayandırılıb.

"Nüsra cəbhəsi" terrorçuları, həmçinin Suriya ordusunun Mərc-Sultan yaşayış məntəqəsi ərazisindəki mövqelərini minaatanlardan və reaktiv yaylım atəşi sistemindən atəşə tutublar. Nula yaşayış məntəqəsi də minaatanlardan atəşə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi