Norveçin təhsil müəssisələrində niqab qadağan edilib
Digər ölkələr
- 06 iyun, 2018
- 16:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 iyun. REPORT.AZ/ Norveç parlamenti hökumətin təklifi ilə ölkənin bütün təhsil müəssisələrində tədrisdə niqabla (üz örtüyü - "Report") iştirakı qadağan edən qanun qəbul edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Norveçin Elm Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qadağa bu ilin avqustunda qüvvəyə minəcək və tələbələrə, məktəblilərə və müəllimlərə şamil ediləcək. Bu qayda qısamüddətli və başqa şəraitlərdə həmin müəssisələrə gələnlərə tətbiq edilməyəcək.
Qeyd edək ki, bu il mayın sonunda Danimarka parlamenti də hökumətin ictimai yerlərdə baş örtüyü ilə üzün gizlədilməsinin qadağan olunması barədə təklifini təsdiqləyib. Həmin qayda avqustun 1-dən qüvvəyə minəcək.
Son xəbərlər
18:19
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
Digər ölkələr
18:18
Mədəniyyət naziri Bakıda ruandalı həmkarı ilə görüşüb
Mədəniyyət siyasəti
18:12
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
Xarici siyasət
18:02
Azərbaycanda nağdsız ödənişlər 1 % artıb
Maliyyə
17:50
Aİ Ukraynadakı müharibənin nəticəsindən asılı olmayaraq Rusiya qazının idxalını istisna edir
Digər ölkələr
17:48
"Şəfa" Azərbaycan Kubokunun 1/8 finalına vəsiqə qazanıb
Futbol
17:47
NK aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
Maliyyə
17:42
Foto
Qafqaz Media Forumunda rəqəmsal transformasiya və yeni kommunikasiya modelləri müzakirə edilib
Media
17:39
Foto
"İblis" tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
Mədəniyyət siyasəti