Bakı. 9 iyul. REPORT.AZ/ Osloda gecə klubu qarşısında atəş açılması nəticəsində 4 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Aftenposten" nəşri yazıb.
Bildirilir ki, zərərçəkənlər arasında həm müəssisə əməkdaşları, həm də ziyarətçilər var.
Şübhəli şəxs saxlanılıb.