Norveç Ukraynaya silah üçün maddi yardım ayırır
Digər ölkələr
- 27 aprel, 2022
- 02:50
Norveç Böyük Britaniyanın Ukrayna üçün silah almaq təşəbbüsünə 400 milyon kron ayıracaq.
"Report"un məlumatına görə, bu barədə "Aftenposten" nəşri məlumat yayıb.
"Ukrayna qüvvələrinin şərq və cənubdakı hücumlara tab gətirmək üçün daha çox silaha ehtiyacı olacaq. Onlara daha ağır və təkmil silah sistemləri lazım olacaq. Norveç üzərinə düşəni edir", - Norveçin Baş naziri Yonas Qar Styore bildirib.
Onun sözlərinə görə, Ukraynaya daha ağır silahların birbaşa tədarükü davamlı olaraq nəzərdən keçirilir. Onlar təhlükəsizlik baxımından əvvəlcədən elan edilməyəcək.
"Biz artıq Ukraynaya 4 min M72 tank əleyhinə raket və 100-ə yaxın "Mistral" zenit raketi təhvil vermişik. Bundan əlavə, Norveç geyim və avadanlıq təhvil verib", - Styore deyib.
Son xəbərlər
02:29
ABŞ dron istehsalında Çini keçməyi planlaşdırır
Digər ölkələr01:40
DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə daha 8 oyun baş tutub
Futbol01:13
Pentaqon cinayətlə mübarizə üçün göndərilən 400 əsgərini geri çağırır
Digər ölkələr00:41
Çexiyada son 11 ayda beşinci quş qripi epidemiyası qeydə alınıb
Digər ölkələr00:10
Xırdalan-Saray yolunda avtomobil piyadanı vurub öldürüb
Hadisə00:07
Venesuela ilə gərginliyin fonunda ABŞ-nin təyyarədaşıyan gəmisi Karib hövzəsinə gəlib
Digər ölkələr00:00
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Daxili siyasət23:42
Ayxan Abbasov: "Fransa millisinə qol vurmaq da çətindir"
Futbol23:28