“Normand Dördlüyü” sammitinin liderləri Parisdə kommünike qəbul edib

“Normand Dördlüyü” sammitinin liderləri Parisdə kommünike qəbul edib Fransanın paytaxtı Paris şəhərində “Normand Dördlüyü” sammitində iştirak edən liderlər (Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Ukrayna Prezidenti Vladimir Zelenski) Yelisey Sarayındakı danışıqlardan sonra Kommünike qəbul ediblər.
Digər ölkələr
10 Dekabr , 2019 03:13
“Normand Dördlüyü” sammitinin liderləri Parisdə kommünike qəbul edib

Fransanın paytaxtı Paris şəhərində “Normand Dördlüyü” sammitində iştirak edən liderlər (Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Ukrayna Prezidenti Vladimir Zelenski) Yelisey Sarayındakı danışıqlardan sonra Kommünike qəbul ediblər.

“Report” xəbər verir ki, kommünikeyə görə, Normandiya formatında danışıqların davam etdirilməsində Minsk razılaşmaları əsas baza olaraq qalacaq.

Kommünikedə həmçinin, münaqişə zonasında atəşkəsin əldə edilməsi, tərəflər arasında dialoqun bərpası, saxlanılan şəxslərin “hamının-hamıya” prinsipi əsasında mübadiləsi də göstərilib. 

Bundan başqa sammit iştirakçıları “Ştaynmayer formulu” əsasında Ukrayna Konstitusiyasına dəyişiklikləri dəstəkləyib. 

Son xəbərlər

Orphus sistemi