​"Normand dördlüyü"nün liderləri Minskə səfər edib

​"Normand dördlüyü"nün liderləri Minskə səfər edib Sammitdən öncə ekspert və təmas qrupu təmsilçilərinin məsləhətləşməsi gərgin keçib
Digər ölkələr
100
11 Fevral , 2015 19:51
​Normand dördlüyünün liderləri Minskə səfər edib

Bakı. 11 fevral. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin "Normand dördlüyü"nün sammitində iştirak etmək məqsədilə Minskə səfər ediblər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, görüş Belarusun Müstəqillik Sarayında keçiriləcək.

Sammitdən öncə ekspert və təmas qrupu təmsilçilərinin məsləhətləşməsi gərgin keçib. Həmin yığıncaqda Ukraynanın təmsilçisi, ATƏT sədrinin xüsusi nümayəndəsi Haydi Talyavini, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, eləcə də Ukraynanın şərqindəki separatçıların təmsilçiləri iştirak edib.

Məlumata görə, onlar Ukraynanın cənub-şərqində atəşkəs rejimi, ağır silahların oradan çıxarılması, əldə edilən razılığa nəzarət olunması kimi məsələlər müzakirə edilib.

Xatırladaq ki, liderlərin görüşünün Bakı vaxtı ilə 20.00-dan sonra başlayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi