"Nissan"ın sabiq rəhbərinə görə 9 milyon dollar girov qoyulub

"Nissan"ın sabiq rəhbərinə görə 9 milyon dollar girov qoyulub Bakı. 6 mart. REPORT.AZ/ Nissanın sabiq rəhbəri Karlos Qona görə 1 milyard yen (8,9 milyon dollar) məbləğində girov qoyulub.
Digər ölkələr
6 Mart , 2019 10:55
Nissanın sabiq rəhbərinə görə 9 milyon dollar girov qoyulub

Bakı. 6 mart. REPORT.AZ/ "Nissan"ın sabiq rəhbəri Karlos Qona görə 1 milyard yen (8,9 milyon dollar) məbləğində girov qoyulub.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Bildirilir ki, o, bununla 100 gündən çox həbsdə olduqdan sonra azadlığa çıxacaq.

Xatırladaq ki, "Renault"un köhnə baş direktoru Karlos Qon Yaponiyada həbs edilib və vəzifəsindən məhrum olunub. O, təxminən, 8 milyon avro məbləğində vəsaiti qanunsuz yolla mənimsəməkdə ittiham olunur. Daha əvvəl prokurorluq K.Qonun qeyri-qanuni yolla əldə edilən vəsait hesabına toyun pulunu ödədiyini sübuta yetirib. Qon pulun mənşəyindən xəbərsiz olduğunu iddia edir. O, dəymiş zərəri ödəməyə hazırlaşır.

Daha əvvəl Tokio məhkəməsinin Karlos Qonun girov qarşılığında sərbəst buraxılmasına qərar verdiyi bildirilirdi.

Son xəbərlər

Orphus sistemi