Nikaraquada güclü zəlzələ olub

Nikaraquada güclü zəlzələ olub Nikaraquada güclü zəlzələ olub
Digər ölkələr
18 Aprel , 2024 03:57
Nikaraquada güclü zəlzələ olub

Nikaraquada 5,5 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri təxminən 130 min nəfər əhalisi olan Masaya şəhərindən 124 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 151 km dərinlikdə olub. Təbiət hadisəsi 01:21-də qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi