Nigeriyada yol qəzası nəticəsində 22 məktəbli ölüb

Nigeriyada yol qəzası nəticəsində 22 məktəbli ölüb Uşaqları daşıyan avtobus yük maşını ilə toqquşub
Digər ölkələr
14 Fevral , 2018 01:03
Nigeriyada yol qəzası nəticəsində 22 məktəbli ölüb

Bakı. 14 fevral. REPORT.AZ/ Nigeriyada avtobusla yük maşınının toqquşması nəticəsində 22 məktəbli və onları daşıyan nəqliyyat vasitəsinin sürücüsü həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Ölən uşaqlardan 12-si oğlan, 10-u isə qız olub. Daha 3 məktəbli xəsarət alıb.

Yerli "Daily Post" qəzetinin yazdığına görə, şagirdlər radiostansiya redaksiyasına ekskursiyaya gedirlərmiş.

Avtobus və yük maşını hər iki sürücünün yoldakı çalanı dövr edərək keçmək istəməsi səbəbindən toqquşub.

Son xəbərlər

Orphus sistemi