Nigeriyada yol qəzası baş verib, azı 20 nəfər ölüb

Digər ölkələr
  • 30 may, 2018
  • 13:25
Nigeriyada yol qəzası baş verib, azı 20 nəfər ölüb

Bakı. 30 may. REPORT.AZ/ Nigeriyada yol qəzası nəticəsində azı 20 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəki Ondo ştatında qeydə alınıb.

Avtomobil sərnişinlə dolu avtobusla toqquşub. 

Ölənlərin sayının artacağı istisna edilmir.

Faktla bağlı araşdırma aparılır.