Nigeriyada xristianlarla müsəlmanların toqquşması zamanı 55 nəfər həlak olub

Digər ölkələr
  • 20 oktyabr, 2018
  • 23:58
Nigeriyada xristianlarla müsəlmanların toqquşması zamanı 55 nəfər həlak olub

Bakı.21 oktyabr. REPORT.AZ/ Nigeriyanın hakimiyyət orqanları ölkənin şimalındakıKaduna ştatında xristianlarla müsəlmanların toqquşması nəticəsində 55 nəfərin həlakolduğunu bildiriblər.

"Report"TASS-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumatyayıb.

"PrezidentMəhəmməd Buhari Kaduna ştatının Kasuvan-Maqani şəhərində icmalar arasında 55 nəfərinölümü ilə nəticələnmiş sonuncu zorakılığı pisləyir", - deyə yayılan rəsmiməlumatda bildirilir.

Agentlikqeyd edib ki, qanlı toqquşmalara yerli bazarda xristian və müsəlman malyükləyənlərləarasında münaqişə səbəb olub.

Yerlisakinlərin sözlərinə görə, qarışıqlıqlar cümə axşamı başlayıb. Həmin vaxt iki nəfərhəlak olub. Polisin hadisələrə operativ müdaxiləsi böyük sayda insan tələfatınınqarşısını almağa kömək edib. Lakin həmin gecə Adara etnik qrupundan olan gəncxristianlar dəstə halında toplaşaraq müsəlmanların bir neçə evini yandırıblar.Bundan sona iki icma arasındakı qarşıdurmalar yenidən güclənib.

Cüməgünündən başlayaraq ştatın rəhbərliyi tərəfindən şəhərdə komendant saatı elanedilib. Kaduna ştatının polis rəisi Əhməd Abdur-Rəhman talanlarla bağlı 22 nəfərinşübhəli şəxs qismində saxlanıldığını bildirib.

Qeyd edək ki, ölkədə terror qruplaşması da fəaliyyət göstərir. Daha əvvəl Nigeriyanın şimal-şərqində 833 uşaq "Boko Haram"terror qruplaşmasının girovluğundan azad olunub.

44 filmi