Nigeriyada terrorçular hərbi bazaya hücum ediblər.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Bildirilir ki, hadisə ölkənin şimal-şərqindəki Qacir bazasında olub. Hücum zamanı 15 nəfər həlak olub.
İlkin məlumata görə, hücumu "Boko Haram" terror qruplaşması həyata keçirib.
Qeyd edilir ki, daha bir neçə hərbçi itkin düşüb.