Bakı. 25 mart. REPORT.AZ/ Radikal "Boko Haram" qruplaşmasına aid olduğu təxmin edilən terrorçular Nigeriyanın şimal-şərqində yerləşən Adamava ştatında 16 qadını oğurlayıblar.
"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Sinxua" agentliyi məlumat yayıb.
Polisin məlumatına görə, insident martın 23-də Sabonqari kəndidə baş verib. Terrorçular qadınlara meşədə, onlar çör-çöp yığan zaman hücum ediblər. Qadınlardan ikisi xilas ola bilib.