Nigeriyada terror aktı törətmək istəyən üç kamikadze zərərsizləşdirilib

Nigeriyada terror aktı törətmək istəyən üç kamikadze zərərsizləşdirilib Terrorçuların hər üçü qadın olub
Digər ölkələr
5 Yanvar , 2017 08:18
Nigeriyada terror aktı törətmək istəyən üç kamikadze zərərsizləşdirilib

Bakı. 5 yanvar. REPORT.AZ/ Nigeriyanın özünümüdafiə qüvvələri çərşənbə günü üç terrorçunu zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" hərbçilərə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar ölkənin şimal-şərqində bazarda terror aktını həyata keçirmək niyyətində olublar. Terrorçuların hər üçü qadın olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, terrorçular "Boko Haram" qruplaşmasının üzvləri olublar. Onlar ölkənin şimal-şərqində terror aktı törətmək barədə təlimatı da qruplaşma rəhbərliyindən alıblar.

Son xəbərlər

Orphus sistemi