Nigeriyada terror aktı nəticəsində 12 nəfər ölüb, 11 sakin yaralanıb

Digər ölkələr
  • 19 iyun, 2017
  • 12:20
Nigeriyada terror aktı nəticəsində 12 nəfər ölüb, 11 sakin yaralanıb

Bakı. 19 iyun. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında terrorçu-kamikadzelərin silsilə hücumları nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ştatın polis idarəsinin nümayəndəsi Viktor İsuku məlumat verib.

Hücumda 5 terrorçu-kamikadze iştirak edib.

“Birinci qadın terrorçu-kamikadze özünü məscidin yaxınlığında partlatması nəticəsində 7 nəfər ölüb, İkincisi isə özünü evdə partladıb. 5 nəfər bu hadisənin qurbanı olub. 3 terrorçunun isə meyiti aşkarlanıb”, - V.İsuku vurğulayıb.