Yuxarı

Nigeriyada silsilə hücumlar nəticəsində 40 nəfər öldürülüb

Hücumlar Kadun ştatında şənbə və bazar günləri baş verib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Nigeriyada ötən həftənin sonunda fulanı maldarları tərəfindən həyata keçirilmiş silsilə hücumlar nəticəsində azı 40 nəfər öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Accosiated Press" məlumat yayıb.

Agentliyin məlumatına görə, hücumlar Kadun ştatında şənbə və bazar günləri baş verib.

Fulaninin köçəri maldarları və Nigeriya kəndlərinin oturaq sakinləri arasında düşmənçilik daimi xarakteri daşıyır. Mal-qara üçün su və yem axtarışlarında olan köçərilərin sürülərini yerli icmalara aid olan otlaqlara gətirmələri tez-tez münaqişəyə səbəb olur.

Yalnız son bir neçə ildə belə münaqişələrdə minlərlə insan həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi