Nigeriyada silahlılar şəhəri işğal edib

Nigeriyada silahlılar şəhəri işğal edib Şəhərin sakinləri yaxınlıqdakı meşəyə qaçıblar
Digər ölkələr
26 Noyabr , 2017 07:38
Nigeriyada silahlılar şəhəri işğal edib

Bakı. 26 noyabr. REPORT.AZ/ "Boko Haram" təşkilatının silahlıları Nigeriyada şəhəri ələ keçirib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" yerli sakinlərə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, qruplaşma üzvləri ölkənin şimalındakı Maqumeri şəhərini işğal ediblər. Şahidlərdən ikisi bildirib ki, şəhərin sakinləri yaxınlıqdakı meşəyə qaçıblar. Adının çəkilməsini istəməyən hərbi mənbə isə bildirib ki, şəhər hücuma məruz qalıb. Lakin o, şəhərin silahlılar tərəfindən ələ keçirildiyini təsdiqləməyib.

Radikal "Boko Haram" qruplaşması Nigeriya, Niger, Çad və Kamerunda fəaliyyət göstərir. O, 2015-ci ildə İŞİD terror qruplaşmasına sədaqət andı içib.

Son xəbərlər

Orphus sistemi