Nigeriyada silahlı hücum zamanı azı 16 nəfər həlak olub

Nigeriyada silahlı hücum zamanı azı 16 nəfər həlak olub Nigeriyanın şimal-qərbində hücum zamanı azı 16 nəfər həlak olub, daha doqquz nəfər yaralanıb
Digər ölkələr
6 Mart , 2021 07:31
Nigeriyada silahlı hücum zamanı azı 16 nəfər həlak olub

Nigeriyanın şimal-qərbində hücum zamanı azı 16 nəfər həlak olub, daha doqquz nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Agence France Press” məlumat yayıb.

Bildirilir ki, hücum Sokoto ştatında yerləşən Tara kəndinə edilib.

"Bu gün günorta on altı meyiti dəfn etdik. Daha doqquz insan ağır yaralanıb", - yerli sakin agentliyə bildirib. Yerli orqanlardan birinin rəsmisinin sözlərinə görə, kəndə hücum edənlər həmçinin 100-dən çox inəyi aparıblar. O, bildirib ki, cinayətkarlar qonşu Zamfaranın ştatından gəliblər.

Son xəbərlər

Orphus sistemi