Nigeriyada quldurlar tələbələri qətlə yetiriblər
Digər ölkələr
- 23 aprel, 2021
- 23:49
Nigeriyanın şimalında quldurlar girov saxladıqları üç tələbəni edam ediblər.
“Report” xəbər verir ki, bu barədə “Agency France Presse” Nigeriyanın təhlükəsizlik və daxili işlər naziri Kadun Semuel Aruvana istinadən bildirib.
"Amansız cinayət törədilib, quldurlar üç girovu edam etdilər", - o qeyd edib.
Nazirin sözlərinə görə, hadisənin baş verdiyi kənd özəl Qrinfild universitetinə yaxındır.
Silahlı quldurlar təhsil müəssisəsinə bir neçə gün əvvəl hücum ediblər. Yerli KİV-in məlumatına görə, onlar 23 tələbəni girov götürüblər. Girovların arasında 17 qız və 6 oğlan olub. Quldurlar tələbələrin qohumlarından külli miqdarda pul tələb ediblər. Cinayətkarlar təkliflərinin rədd edildiyi halda fiziki cəza ilə hədələyiblər.
Son xəbərlər
22:55
Zelenski ilə Madyarın görüşünün təşkili gündəmdədir
Digər ölkələr22:43
Foto
Azərbaycan ilk dəfə UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
Ekologiya22:34
Tramp Milli Kəşfiyyat rəhbərinə əməkdaşların ixtisarına başlamağı tapşırıb
Digər ölkələr22:22
Foto
Bakıda keçirilən Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatıb
Komanda22:15
"Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib
Fərdi22:13
Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər
Region22:00
Rusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil
Region21:42
Putin: Rusiyanın İrandan zənginləşdirilmiş uranın çıxarılması təklifi masa üzərindədir
Region21:32