Nigeriyada partlayış törədilib, azı 30 nəfər həlak olub

Nigeriyada partlayış törədilib, azı 30 nəfər həlak olub Nigeriyanın şimal-şərqində partlayış törədilib.
Digər ölkələr
7 Yanvar , 2020 04:21
Nigeriyada partlayış törədilib, azı 30 nəfər həlak olub

Nigeriyanın şimal-şərqində partlayış törədilib.

“Report”un məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, partlayış Nigeriyanın Borno ştatında törədilib. Kamerunla sərhəddə yerləşən Qamboru şəhərində körpüdə baş verən hadisə zamanı azı 30 nəfər həlak olub.

Şahidlərin sözlərinə görə, yerli xəstəxanaya 35-dən çox yaralı çatdırılıb.

Partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi