Yuxarı

​Nigeriyada partlayış baş verib, 16 nəfər ölüb

Partlayış Borno ştatında qeydə alınıb

Bakı. 07 İyun. REPORT.AZ/ Nigeriyanın Borno ştatında bazarda baş verən partlayış nəticəsində 16 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə mənbəyə istinadən "Reuters" məlumat yayıb.

İyunun 4-də Nigeriyada nəzarət-buraxılış məntəqəsində törədilən partlayış nəticəsində iki nəfər ölüb. İyunun 2-də bazarda partlayış nəticəsində ən azı 50 nəfər dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi