Nigeriyada oğurlanmış 100-ə yaxın qadın və uşaq girovluqdan xilas edilib

Nigeriyada oğurlanmış 100-ə yaxın qadın və uşaq girovluqdan xilas edilib Nigeriyada iki ay ərzində silahlı şəxslər tərəfindən qaçırılmış 100-ə yaxın qadın və uşaq xilas edilib. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin şimalındakı Zamfara əyalətinin polis rəisi Ayup Elkan məlumat
Digər ölkələr
6 Yanvar , 2022 05:04
Nigeriyada oğurlanmış 100-ə yaxın qadın və uşaq girovluqdan xilas edilib

Nigeriyada iki ay ərzində silahlı şəxslər tərəfindən qaçırılmış 100-ə yaxın qadın və uşaq xilas edilib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin şimalındakı Zamfara əyalətinin polis rəisi Ayup Elkan məlumat verib.

O qeyd edib ki, xilas edilən şəxslər fiziki cəhətdən zəif, arıq görünürlər, paltarları cırılıb.

Elkanın sözlərinə görə, xilas edilənlərdən 19-u körpə, 21-i isə məktəblidir.

Bir gün əvvəl dekabrın 31-də Katsina əyalətinin Bakura rayonunda qaçırılmış 21 məktəbli xilas edilib.

Son xəbərlər

Orphus sistemi