Yuxarı

​Nigeriyada məsciddə partlayış törədilib, 20 nəfər ölüb

Ötən gün Boko Haram terrorçu qruplaşmasının bu şəhərə basqını nəticəsində 15 nəfər qətlə yetirilmişdi

Bakı. 28 dekabr. REPORT.AZ/ Nigeriyanın Mayduquri şəhərinin şimalında məsciddə törədilən partlayış nəticəsində azı 20 nəfər ölüb, 90-dan çox insan yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda yerli Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Qeyd edək ki, ötən gün "Boko Haram" terrorçu qruplaşmasının bu şəhərə basqını nəticəsində 15 nəfər qətlə yetirilmişdi.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi