Bakı. 25 yanvar. REPORT.AZ/ "Boko Haram" terror qruplaşmasının yaraqlıları Nigeriyanın hökumət qüvvələri ilə qızğın silahlı toqquşmadan sonra ölkənin şimal-şərqində yerləşən Monquno şəhərini ələ keçiriblər.
"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, bu barədə Nigeriyanın yüksək vəzifəli hərbçisi məlumat verib.
"Monquno təslim oldu", - deyə o bildirib.
Şəhərin əhalisi 100 min nəfərdən ibarətdir.
Bundan əvvəl isə Nigeriya hərbçilərinin Mayduquri şəhərində terrorçuların hücumunu dəf etdiyi məlumat verilmişdi.