Yuxarı

Nigeriyada beş min nəfər girovluqdan azad edilib

Əməliyyat zamanı altı nəfər öldürülüb

Bakı. 26 iyun. REPORT.AZ/ Nigeriya silahlı qüvvələri ölkənin şimal-şərqində beş min nəfəri girovluqdan azad edib. "Report" xəbər verir ki, bu barədə ordunun Twitter sosial şəbəkəsində rəsmi səhifəsində yerləşdirilmiş bəyanatında bildirilib.

"Nigeriya silahlı qüvvələri Borno ştatının bir neçə kəndində terrorçuları sıxışdırıb. Əməliyyat zamanı altı nəfər öldürülüb, beş min nəfər girovluqdan azad edilib" – deyə bəyanatda qeyd olunur.

Qeyd edək ki, "Boko Haram" radikal islamçı qruplaşması Nigeriyada tez-tez terror aktları həyata keçirir. 

Eyni zamanda Çad və Kamerunda da keçirilən terror aktlarının arxasında bu qruplaşma dayanır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi