Nigeriyanın şimal-qərbində silahlılar tərəfindən 200-dən çox şagird qaçırılıb.
"Report"un məlumatına görə, bu barədə "Daily Post" qəzeti yazıb.
"Kaduna əyalətinin Kuriqa kəndində 232 məktəbli qaçırılıb. Bu, direktorun təxminən bir ay əvvəl öldürüldüyü və həyat yoldaşının qaçırıldığı həmin məktəbdir", - ştatın senatoru Şehu Sani deyib.
Nəşr qeyd edib ki, məktəbə hücum səhər saatlarında ümumi yığıncaq keçirilən zaman baş verib. Polis hələlik oğurlananların dəqiq sayını açıqlamayıb. Müxtəlif Nigeriya nəşrləri 100 və ya daha çox rəqəmə istinad edir. Qaçırılanların yaşı qeyd olunmayıb.
Məktəblə insident Nigeriyanın şərqində silahlılar tərəfindən 117 qadının qaçırılması barədə məlumat daxil olduqdan iki gün sonra baş verib.
Müasir Nigeriyada ən böyük adam oğurluğu 2014-cü ildə qeydə alınıb. Yaraqlılar Çibok şəhərindəki yataqxanada yaşayan 270-dən çox məktəbli qızı oğurlayıblar.