Nigeriyada 20 terrorçusu öldürüldü

Nigeriyada 20 terrorçusu öldürüldü Nigeriya ordusunun keçirdiyi hərbi əməliyyat nəticəsində “Boko Haram” təşkilatının üzvü olan 33 terrorçusu öldürülüb.
Digər ölkələr
20 Avqust , 2020 01:42
Nigeriyada 20 terrorçusu öldürüldü

Nigeriya ordusunun keçirdiyi hərbi əməliyyat nəticəsində “Boko Haram” təşkilatının üzvü olan 33 terrorçusu öldürülüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sözçüsü Con Eneçe bildirib.

Onun sözlərinə görə, xeyli sayda terrorçuların silah və sursatı ələ keçirilib və maddi-texniki təchizatı məhv edilib.

Eyni zamanda, təhlükəsizlik qüvvələrinin 3 üzvü Borno əyalətində Boko Haramın hücumu nəticəsində öldürülüb.

Qeyd edək ki, BMT-nin hesabatına görə, “Boko Haram” terror təşkilatı Nigeriyadan başqa Çad, Kamerun, Benin və Niger də daxil olmaqla Çad gölü hövzəsində böyük təhlükəsizlik və humanitar problemlər yaradıb. 

“Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. 2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkədə fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.

Son xəbərlər

Orphus sistemi