Nigeriyada 16 “Boko Haram” silahlısı məhv edilib

Nigeriyada 16 “Boko Haram” silahlısı məhv edilib Həmçinin cinayətkar təşkilatın 11 üzvü, çox sayda silah-sursat ələ keçirilib, terrorçuların sığınacaqları məhv edilib
Digər ölkələr
349
19 Sentyabr , 2020 12:44
Nigeriyada 16 “Boko Haram” silahlısı məhv edilib

Nigeriyanın şimal-şərqində həyata keçirilən hava əməliyyatı zamanı “Boko Haram” terror qruplaşmasının 16 silahlısı öldürülüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Afrika ölkəsinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Con Enençe məlumat verib.

Onun sözlərinə görə, Nigeriya Silahlı Qüvvələri aviasiyanın dəstəyi ilə Mayduquri ştatının Kassa Kura bölgəsində genişmiqyaslı antiterror əməliyyatı keçirib. “Cinayətkar təşkilatın 11 üzvü, çox sayda silah-sursat ələ keçirilib, terrorçuların sığınacaqları məhv edilib”, - o deyib.

Qeyd edək ki, “Boko Haram” qruplaşması 2000-ci illərin əvvəllərindən Nigeriya, Kamerun, Çad və Nigerdə ​​fəaliyyət göstərir. 2009-cu ildən bəri 20 mindən çox insan bu cinayətkar təşkilatın qurbanı olub.

Son xəbərlər

Orphus sistemi