​Nigeriyada 10 nəfər "Ebola" şübhəsi ilə xəstəxanaya yerləşdirilib

​Nigeriyada 10 nəfər "Ebola" şübhəsi ilə xəstəxanaya yerləşdirilib Ölkə hələ 2014-cü ilin oktyabrında virusdan azad elan olunmuşdu
Digər ölkələr
9 Oktyabr , 2015 06:45
​Nigeriyada 10 nəfər Ebola şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Nigeriyanın cənubunda yerləşən Kalabar şəhərində 10 nəfər "Ebola" virusuna yoluxmaqda şübhəli bilinərək xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə Hallar Agentliyinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Ebola təhlükəsi Nigeriyaya yenidən qayıdır. On nəfər Kalabarda karantin altına alınıb", - deyə idarənin saytında bildirilir.

İlkin məlumatlara görə, xəstəliyə yoluxanların 15 nəfərə qədər artma riski var.

Ölkə hələ 2014-cü ilin oktyabrında virusdan azad elan olunmuşdu.

Son xəbərlər

Orphus sistemi