​Nigeriyada terrorçular 185 nəfəri oğurlayıblar

​Nigeriyada terrorçular 185 nəfəri oğurlayıblar Hücum nəticəsində 35 nəfər qətlə yetirilib
Digər ölkələr
18 Dekabr , 2014 22:33
​Nigeriyada terrorçular 185 nəfəri oğurlayıblar
Bakı. 18 dekabr. REPORT.AZ/ Nigeriyada "Boko Haram" terror qruplaşmasının üzvləri ölkənin şimal-şərqində yerləşən Qumsuri yaşayış məntəqəsinə hücum zamanı ən azı 185 nəfəri, eləcə də, qadın və uşaqları oğurlayıblar.

"Report" xəbər verir ki, bu barədə Nigeriyanın güc strukturları məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə isə, ekstremistlər əsirləri "Boko Haram"ın iri bazalarından birinin yerləşdiyi Sambisa meşə massivinə aparıblar.

Həmçinin bildirilir ki, hücum nəticəsində 35 nəfər qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi