Nigerdəki xunta Burkina-Faso və Mali silahlı qüvvələrinə ölkənin ərazisi başqa dövlətlər tərəfindən hücuma məruz qalacağı təqdirdə hərbi müdaxilə etməyə icazə verib.
“Report”
Bəyanatda bildirilib ki, müvafiq əmrləri xuntanın lideri general Əbdürrəhman Çiani imzalayıb.
“Burkina Faso və Mali nazirləri ... Niger xalqına qarşı müharibə elanı kimi qiymətləndiriləcək silahlı müdaxiləni tanımadıqlarını bir daha təsdiq etdilər”, - sənəddə diqqətə çatdırılıb.
Xatırladaq ki, Mali və Burkina-Faso əvvəldən çevrilişi dəstəkləyib və hərbi müdaxilənin onlar tərəfindən müharibə elanı kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edib.