Nigerdə silahlılar 40-dan çox insanı öldürüb
Digər ölkələr
- 22 mart, 2025
- 05:15
Nigerin cənub-qərbində Kokoru rayonunun Fonbita kəndinə silahlı qruplaşmanın hücumu nəticəsində azı 44 mülki şəxs öldürülüb.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” respublikanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Ekstremistlər yerli məscidi mühasirəyə alıb, daha sonra qırğın törədiblər. Geri çəkilərkən onlar bazarı və yaşayış evlərini yandırıblar.
İlkin məlumatlara görə, 44 nəfər ölüb, daha 13 nəfər yaralanıb. Ölkədə ölənlərin xatirəsinə üçgünlük matəm elan edilib.
İqtidar artıq cinayəti törədənləri, həmçinin onların şəriklərini, sponsorlarını və əlbirlərini tapıb məsuliyyətə cəlb etməyi söz verib.
Son xəbərlər
04:07
ÜST: Konqoda Ebola epidemiyası yayılmaqda davam edir
Digər ölkələr03:38
ABŞ və Litva nadir yeraltı metallar üzrə saziş imzalayıblar
Digər ölkələr03:17
ABŞ İran Prezidenti və XİN rəhbərinin BMT Baş Assambleyasında iştirakı üçün vizaları təsdiqləyib
Digər ölkələr02:58
ABŞ Səudiyyə Ərəbistanına 24,3 mlrd dollarlıq F-35-lərin satışını təsdiqləyib
Digər ölkələr02:45
ABŞ Kuba ilə əlaqəli 11 şəxs və şirkətə sanksiyalar tətbiq edib
Digər ölkələr02:21
Merts və Tramp Rusiya-Ukrayna münaqişəsini və Yaxın Şərqdə vəziyyəti müzakirə ediblər
Digər ölkələr01:53
Lənkəranda gənc dava zamanı ağır xəsarət alaraq komaya düşüb
Hadisə01:48
"Axios": Vaşinqton müharibədən sonrakı dövrdə İranın çəkindirmə strategiyası hazırlayır
Digər ölkələr01:17