Nigerdə hərbi posta hücum zamanı 25 hərbçi öldürülüb
- 09 yanvar, 2020
- 21:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Nigerdə hərbi posta hücum olub.
Bu barədə “Report” “Agence France-Presse”yə istinadən xəbər verir.
Məlumata görə, hadisə ölkənin qərbində qeydə alınıb. Naməlum silahlıların Şineqodar kəndindəki hərbi posta hücumu zamanı onlarla hərbçi həlak olub, 60-dan çox terrorçu zərərsizləşdirilib.
Ölkənin Müdаfiə Nаzirliyi bildirib ki, silahlılar motosikletlə hərbi bazaya gələrək hərbçilərə atəş açıblar. Hərbçilər Hərbi Hava Qüvvələrinin və müttəfiqlərin köməyi ilə silahlılara cavab atəşi açıb və onları qaçmağa məcbur edib. Bundan sonra yerli silahlıların “təmizlənməsi”nə başlanılıb.
Müdafiə Nazirliyinin rəsmisi Süleyman Qazobi bildirib ki, atışma zamanı 25 hərbçi həlak olub. Düşmənin 63 silahlısı zərərsizləşdirilib.
“Reuters” isə bildirib ki, nazirlik hücum edən silahlıların hansı qruplaşmanın üzvü olduqlarını açıqlamayıb.