Niderlanddan 60 nəfərlik qrup hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya gedib

Digər ölkələr
  • 29 aprel, 2023
  • 21:42
Niderlanddan 60 nəfərlik qrup hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya gedib

Bu həftənin əvvəlində Niderlanddan məhkəmə-tibb və istintaq qrupu müharibə cinayətlərini araşdırmaq üçün Ukraynaya səfər edib.

Bu barədə “Report” Niderland Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qrup 60 nəfərdən, o cümlədən doqquz çexiyalı ekspertdən ibarətdir.

Qrupa Niderlandın hərbi polisinin və Müdafiə Nazirliyinin digər idarələrinin ekspertləri daxildir. Komandanın vəzifəsi araşdırma aparmaq və sübut toplamaqdır. Bu, Beynəlxalq Cinayət Məhkəməsinin himayəsi altında həyata keçirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti