Yuxarı

Niderlandda ölümdən sonra orqan donorluğu məcburi ola bilər

Parlamentin 150 deputatından 75-si qanun layihəsinin lehinə səs verib

Bakı.15 sentyabr. REPORT.AZ/ Niderland Krallığı parlamentinin Nümayəndələr Palatası (Aşağı Palata) ölümdən sonra donor orqanlığının məcburi olması haqqında qanunlar paketini qəbul edib.

"Report" UNİAN-a istinadən xəbər verir ki, parlamentin 150 deputatından 75-i qanun layihəsinin lehinə, 74 -ü isə əleyhinə səs verib. Bir deputat iclasda iştirak etməyib.

Qanun layihəsinin təşəbbüskarı "Demokratlar-66" Partiyasıdır. Qanun Niderland senatı (Yuxarı Palata) və kralı tərəfindən təsdqiləndikdən sonra qüvvəyə minəcək.

Xatırladaq ki, Ekvadorda və Uruqvayda ölümdən sonra orqan donorluğunun məcburi olması barədə qanun 2012-ci ildə qəbul olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi