Niderlandda polis etirazçılara atəş açıb, xəsarət alanlar var

Niderlandda polis etirazçılara atəş açıb, xəsarət alanlar var Niderlandın Haaqa şəhərində noyabrın 20-i axşam saatlarında başlayan iğtişaşlar zamanı beş polis əməkdaşı yaralanıb, onlardan biri xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
168
21 Noyabr , 2021 20:05
Niderlandda polis etirazçılara atəş açıb, xəsarət alanlar var

Niderlandda 3 həftəlik sərt koronavirus tədbirlərinə qarşı etirazlar davam edir.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, ölkənin bir sıra şəhərlərində təşkil edilən etiraz aksiyaları qarşıdurmalarla, iğtişaşlarla müşayiət olunur. Belə ki, etirazçılar polis əməkdaşlarına fişəng atıb, asayiş keşikçiləri isə buna cavab olaraq aksiyaçılara qarşı su şırnaqlarından, hətta itlərdən və atlı polislərdən istifadə edib.

Rəsmi məlumata görə, iğtişaşlar zamanı 5 polis əməkdaşı yaralanıb, azı 40 etirazçı saxlanılıb. Yerli mətbuat polisi açdığı atəş nəticəsində 3 nəfərin xəsarət aldığını xəbər verib. Yaralılar xəstəxanaya yerləşdirilib.

15:50

Niderland polisi ölkə daxilində COVID-19 məhdudiyyətlərinə etiraz edən 28 iğtişaşçını saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Etirazlar sonrası iğtişaşlar bir anda bir neçə şəhəri - Haaqa, Roermond, Steyn, Urk və Bunşoteni bürüyüb. 

Haaqada şəhər meri bir neçə rayon üçün fövqəladə vəziyyət haqqında fərman verib. 

İğtişaşlar nəticəsində Haaqada 5 polis əməkdaşı yaralanıb.

13:16

Niderlandın Haaqa şəhərində noyabrın 20-i axşam saatlarında başlayan iğtişaşlar zamanı beş polis əməkdaşı yaralanıb, onlardan biri xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

İğtişaşlar zamanı insanlar küçələrdə yanğınlar törədiblər, velosiped və mopedləri alovun içinə atıblar.

Haaqada vəziyyət Rotterdamda koronavirusla bağlı sərt məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirildikdən bir gün sonra gərginləşib və burada şiddətli iğtişaşlar və etirazçılarla polis arasında toqquşmalara çevrilib.

Ötən həftə Niderlandın Baş naziri Mark Rutte ölkədə üç həftəlik qismən karantin rejiminin tətbiq olunduğunu elan edib.

Son xəbərlər

Orphus sistemi