"Niderland 2024-2026-cı illər üçün BMT-nin İnsan Hüquqları Şurasına (UNHRC) üzv olmaq üçün müraciət edib".
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Niderlandın xarici işlər naziri Vopke Hoekstra UNHRC-nin 52-ci sessiyasında deyib.
Onun sözlərinə görə, insan hüquqlarının müdafiəsi baxımından böyük əhəmiyyət kəsb edən UNHRC təkcə dialoq və müzakirə üçün deyil, həm də əməli fəaliyyət üçün nəzərdə tutulub.
"Biz bilirik ki, Şuraya üzvlük sadəcə formallıq deyil, həm də ciddi səy tələb edir. İnsan hüquqlarının pozulması haqqında danışmaq, xarakter nümayiş etdirmək lazımdır. İnandığımız amalları qorumasaq, heç nə dəyişməyəcək. Öz ölkəmizdəki vəziyyətə də tənqidi yanaşmaq lazımdır. Heç bir ölkə ideal deyil", - Niderlandın xarici işlər naziri bildirib.