​Nepalda dağıntılar altında beş gün sağ qalan yeniyetmə xilas edilib

​Nepalda dağıntılar altında beş gün sağ qalan yeniyetmə xilas edilib Təbii fəlakət nəticəsində ölənlərin sayı 5,5 mini keçib
Digər ölkələr
30 Aprel , 2015 14:19
​Nepalda dağıntılar altında beş gün sağ qalan yeniyetmə xilas edilib

Bakı. 30 aprel. REPORT.AZ/ Nepalın paytaxtı Katmanduda xilasedicilər zəlzələdən 5 gün sonra dağıntıların altında sağ qalan yeniyetməni xilas ediblər. "Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, aprelin 25-də baş verən zəlzələ nəticəsində ölənlərin sayı 5,5 mini keçib, yaralıların sayı isə on mindən çoxdur: "Dağıdıcı zəlzələdən 5 gün sonra xilasedicilər dağıntılar altında sağ qalan 15 yaşlı yeniyetməni aşkarlayaraq, xilas ediblər".

Aprelin 25-də Nepalda 7,9 bal gücündə zəlzələ baş verib. 

Son xəbərlər

Orphus sistemi