Yuxarı

​Nepalda qəza nəticəsində 8 nəfər ölüb, 37 nəfər xəsarət alıb

Yerli məmurlar bildirib ki, qəza sürücünün məsuliyyətsizliyindən baş verib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Nepalın mərkəzində avtobusun aşması nəticəsində 8 nəfər ölüb, 37 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu haqda "Xinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, avtobus dərəyə yuvarlanıb. Yerli məmurlar bildirib ki, qəza sürücünün məsuliyyətsizliyindən baş verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi