Yuxarı

​Nepalda polis nümayişçilərə atəş açıb, ölənlər var

Etiraz aksiyası zamanı on nəfər yaralanıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Nepalda polis nümayişçilərə atəş açıb, ölənlər var.

"Report" xəbər verir ki, yerli KİV iki nəfərin öldüyünü, on nəfərin yaralandığını yazır.

Asayiş keşikçilərinin sözlərinə görə, etirazçıların polislə toqquşması dörd müxtəlif yerdə baş verib. İğtişaş zamanı mitinqçilər güc strukturları əməkdaşlarına daş və yandırıcı qatışıqlı butulkalar atmağa başlayıblar.

Nepalda vəziyyət sentyabrın 20-də, hakimiyyətin Konstitusiyanın yeni versiyasını təqdim etməsindən sonra gərginləşib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi