Nepalda dağın zirvəsinə qalxan zaman 8 alpinist ölüb

Nepalda dağın zirvəsinə qalxan zaman 8 alpinist ölüb Bakı. 13 oktyabr. REPORT.AZ/ Nepalda Qurca Himal zirvəsinə qalxan zaman 8 alpinist ölüb.
Digər ölkələr
13 Oktyabr , 2018 10:46
Nepalda dağın zirvəsinə qalxan zaman 8 alpinist ölüb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Nepalda Qurca Himal zirvəsinə qalxan zaman 8 alpinist ölüb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bunu yerli polisin nümayəndəsi bildirib.

“Nepalın qərbində güclü boranın baş verməsi nəticəsində 8 nəfərlik ekspedisiya üzvü, o cümlədən Cənubi Koreyanın 4 vətəndaşı ölüb, biri isə itkin düşmüş sayılır”, - deyə polis nümayəndəsi vurğulayıb.

Bildirilib ki, ölənlərin 4-ü bələdçilik etmiş Nepal vətəndaşlarıdır.

Qeyd edək ki, Qurca Himalı zirvəsinin hündürlüyü 7193 metrdir. 

Son xəbərlər

Orphus sistemi