Nepalda avtobus qəzasında 7 nəfər ölüb

Nepalda avtobus qəzasında 7 nəfər ölüb Nepalın mərkəzindəki Baqlunq rayonunda avtobus qəzasında azı 7 nəfər ölüb, 20 nəfər yaralanıb.
Digər ölkələr
19 Mart , 2024 07:47
Nepalda avtobus qəzasında 7 nəfər ölüb

Nepalın mərkəzindəki Baqlunq rayonunda avtobus qəzasında azı 7 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “The Himalayan Times” qəzeti rayon polis idarəsinin rəisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Nepalın paytaxtı Katmanduya gedən avtobus magistral yoldan 300 metr aralıda tapılıb. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Son xəbərlər

Orphus sistemi