Yuxarı

Nepalda avtobus çaya düşüb, 20 nəfər ölüb

İnsident səhər saatlarında baş verib

Bakı. 27 avqust. REPORT.AZ/ Nepalın mərkəzi hissəsində avtobusun yoldan çıxaraq çaya düşməsi nəticəsində ən azı 20 nəfər ölüb, 17 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə polisə istinadən "Himalayan Times" məlumat yayıb.

İnsident cümə günü səhər saatlarında baş verib. İlkin məlumata görə, avtobusda 39 nəfər olub: 37 sərnişin, sürücü və konduktor. Son ikisi itkin düşmüş hesab olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi